Bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs haqda razılığın əldə olunmasının 13 ili tamam olur.

Bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs haqda razılığın əldə olunmasının 13 ili tamam olur. 1994-cü il mayın 12-dən etibarən döyüş əməliyyatları müvəqqəti dayandırılsa da, bu müddət ərzində Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarından cəbhəyanı yaşayış məntəqələrini atəşə tutmaqda davam edib. Xüsusilə Ağdam, Tərtər, Füzuli və Qazax istiqamətində demək olar ki, hər gün atəşkəs rejimi ermənilər tərəfindən pozulur. 13 il ərzində orta hesabla, hər il 20 nəfərədək Azərbaycan əsgəri düşmən gülləsindən həlak olur və yaxud xəsarət alır. Bununla yanaşı, mülki vətəndaşlar da ermənilər tərəfindən daim hədəfdə saxlanılır. APA-nın Müdafiə Nazirliyi tərəfindən təsdiq olunmuş məlumatlar əsasında apardığı monitorinqlərin nəticələrinə görə, təkcə 2006-cı ildə atəşkəs rejimi 220 dəfə pozulub, 14 Azərbaycan əsgəri şəhid olub, 2 əsgər əsir götürülüb, bir neçəsi isə yaralanıb.

2007-05-14

AZEL İŞ LTD firmasının 25-dən çox daimi müştərisi var. Müştərilərimiz iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir.
  Daha ətraflı...

Audit və vergi, Mühasivat uçotu, Bank və bank fəaliyyəti, Gömrük, Maliyyə və iqtisadiyyat haqqında qanunlar və mühasibat blankları və bəyannamələri.
  Daha ətraflı...

 

AZEL İŞ LTD firması sizlər üçün bütün növ mühasibat və auditorluq işlərini həyata keçirməyə hazırdır. Bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

Telefonlar:
497 14 05
497 14 06
Fax: 497 14 06