ATƏT sədrindən əvvəl isə həmsədrlərin regiona səfəri nəzərdə tutulur.
ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ötən gün Strasburqda Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla görüşüblər.“PanARMENİAN”-a agentliyinin məlumatına əsasən, görüşdə nizamlanmanın prinsiplərinə dair fikir mübadiləsi aparılıb. Bununla yanaşı, tərəflər ATƏT sədri Migel Anhel Moratinosun iyunun 4-5-də regiona səfərini müzakirə ediblər. ATƏT sədrindən əvvəl isə həmsədrlərin regiona səfəri nəzərdə tutulur. Bunun ardınca Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bir araya gələcək. Bütün bu səfərlərin nəticəsindən asılı olaraq, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 8-10-da Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan görüşünün baş tutub-tutmayacağı məlum olacaq.
2007-05-14
AZEL İŞ LTD firmasının 25-dən çox daimi müştərisi var. Müştərilərimiz iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Daha ətraflı...
Audit və vergi, Mühasivat uçotu, Bank və bank fəaliyyəti, Gömrük, Maliyyə və iqtisadiyyat haqqında qanunlar və mühasibat blankları və bəyannamələri. Daha ətraflı...
AZEL İŞ LTD firması sizlər üçün bütün növ mühasibat və auditorluq işlərini həyata keçirməyə hazırdır. Bizimlə əlaqə saxlamaqdan çəkinməyin.