Haqqımızda / Tarixçə
"AZEL-İŞ LTD" müəssisəsi 2000-ci ildə təsis edilmiş və Azərbaycan Respublikası bazarında mühasibat xidmətlərini təklif edən ilk müəssisədir. Müəssisə 7 nəfər işçi ilə fəaliyyətə başlamış, müştərilərinin sayının davamlı artması ilə, bazarda özünəməxsus yer tutmuş və hazırda işçilərinin sayı 25 nəfərə çatmışdır. Müəssisə ilkin fəaliyyətə başlayanda ən çox mühasibatçılıq və özəl vergi xidmətləri göstərirdi. Getdikcə gömrük, kadr uçotu, miqrasiya sahəsində xidmətlərin göstərilməsinə təlabat artdığından, müəssisə fəaliyyət dairəsini genişləndirmiş, kadr potensialını gücləndirmişdir.
"AZEL-İŞ LTD" müəssisəsi fəaliyyətə başladığı ilk illərdə Azərbaycan Respublikasında dünya standatlarına uyğun tikintisi həyata keçirilən “İPƏK YOLU”nun “Ələt-Qazı Məmməd” hissəsinin inşaatını aparan “Turan Hazinedaroğlu ve Öztaş İnşaat” İş ortaqlığı şirkətinə xidmətlər göstərmişdir. Həmin dövrlərdə “Azərenerji” ASC-nin müxtəlif təşkilatlarına mühasibat xidmətlərini yerinə yetirmişdir. Eyni zamanda, elektrik enerjisi satışını həyata keçirən “Bayva Cənub Enerji” MMC və “Bayva Qərb Enerji” MMC müəssisələrinə xidmətlər göstərilmişdir. “AZEL İŞ LTD” şirkəti gördüyü işlərin keyfiyyətinin və dürüstlüyünün nəticəsidir ki, ilk başladığı illərdə işini nüfuzlu və iri şirkətlərə xidmət göstərməklə qurmuşdur. “AZEL İŞ LTD” şirkəti hər zaman öz prinsiplərinə sadiq qalmışdır. Şirkətin əsas prinsipləri “Peşakarlıq”, “Dürüstlük”, “Məxfilik”, “Məsuliyyət” olmuşdur. Hər zaman öz prinsiplərinə sadiq olmaqla “AZEL İŞ LTD” şirkəti, hal-hazırda daha böyük layihələri həyata keçirən şirkətlərlə əməkdaşlıq edir.
Azərbyacan Respublikasında uğurla aparılan siyasət qısa müddətdə hər sahədə böyük nailiyyətlərə və inkişafa yol açdı. İqtisadiyyatın sürətlə inkişafı nəticəsində bir-birinin ardınca böyük infrastruktur layihələrinin həyata keçirilməsi bizə daha yeni sahələrdə xidmətlər göstərməyə şərait yaratdı.
Hal-hazırda “AZEL İŞ LTD” şirkəti öz fəaliyyətini uğurla davam etdirir. İldən-ilə təcrübəsini artıraraq daha böyük layihələrdə iştirak edir. Bununla yanaşı inkişaf edən ölkəmizdə bütün sahələrdə görülən işlərin keyfiyyəti beynəlxalq standartların tələblərinə uyğun həyata keçirilir.
“AZEL İŞ LTD” şirkəti də öz növbəsində mühasibat üçotu sahəsində Beynəlxalq standartları və Milli Mühasibatlıq Uçotu Standartlarını (MMUS) əsasən öz işini daha peşəkar qurmaq üçün, daima treninqlər və beynəlxalq kurslarda iştirak edir. Şirkətdə çalışan mütəxəssislərimizin hamısı öz ixtisası üzrə ali təhsilə və beynəlxalq mühasibat uçotu üzrə keçirilmiş kursların və treninqlərin sertifikatına malikdirlər. Ölkəmizdə həyata keçirilən önəmli layihələrdə iştirak etmək bizim əsas hədəfimizdir. Bunun üçün prinsiplərimizə sadiq olmaqla maliyyə bazarında şirkətmizin nüfuzunu qorumaq ən vacib işimizdir.